Əfqanıstanın şimalındakı Kunduz şəhərində məscid
partladılıb.
Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.
Bundan başqa, çoxlu sayda yaralıların olduğu deyilir. Hadisə ilə
bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.
Xatırladaq ki, ötən gün Məzari-Şərif şəhərində də məscid
partladılmış, 30-dan çox şəxs həlak olmuşdu.