Azərbaycanda hər altı şagirdə bir kompüter düşür – Nazir

Azərbaycanda hər altı şagirdə bir kompüter düşür.

Trend-in məlumatına görə, bunu təhsil naziri
Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının (AKTA) təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu göstərici bir sıra ölkələri qabaqlayır
və nazirlik məktəblərin kompüterlərlə təchiz olunması üçün işlər
aparılır.

“Bu il Azərbaycan məktəblərini 50 min kompüterlə təchiz etmək
planlaşdırılırdı. Həmçinin, ali tədris müəssisələri kompüterlə
təmin olunur. Analoji işlər növbəti illərdə də aparılacaq”, – nazir
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: