Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük – Azərbaycanlı zabit

Xəbər - Samir Əli – Trend:

Azərbaycan sülhməramlılarının zabiti olaraq Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük.

Bunu AzerTimes-a açıqlamasında Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının tərkibində xidmət edən və bu gün vətənə qayıdan baş leytenant Gündüz Salahov deyib.

O bildirib ki, bu ilin may ayından Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində Azərbaycanı təmsil edir: “Türkiyə hərbçiləri ilə birlikdə Kabul Hava Limanını mühafizə edirdik. Son hadisələrdə isə Türkiyə hərbçiləri ilə birlikdə əhalinin təhlükəsiz təxliyyəsini həyata keçirmişik, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Hazırda vətəndəyik, bundan sonra da Ali Baş Komandan və Müdafiə nazirinin əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq”.

Teqlər: