Əfqanıstanda məsciddə terakt: 47 nəfər öldü – Video

Əfqanıstanda məsciddə terakt: 47 nəfər öldü – Video

15:18

Əfqanıstanda məsciddə terror aktı törədilib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Terakt nəticəsində məscidin imamı da daxil olmaqla, 20-yə yaxın insan ölüb.

***

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Teqlər: