Əfqanıstanda məsciddə partlayış olub, çox sayda ölən və yaralanan var

Əfqanıstanın Gündüz əyalətinin İmam Sahib rayonunda yerləşən
məsciddə partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Aamaj News” agentliyi xəbər
yayıb.

Məsciddə partlayışın baş verməsini Əfqanıstanın müvəqqəti
hökumətindəki mədəniyyət və informasiya nazirinin müavini Zabihulla
Mücahid öz “Twitter” səhifəsində təsdiq edib.

Onun sözlərinə görə, partlayış nəticəsində 33 nəfər həlak olub,
43 nəfər isə xəsarət alıb.

“Bu gün günorta saatlarında Gündüz əyalətinin İmam Sahib
rayonunda məsciddə partlayış baş verdiyini öyrənmək bizi
kədərləndirdi. Uşaqlar da daxil olmaqla 33 nəfər həlak olub, 43
nəfər yaralanıb. Bu cinayəti pisləyir, ölənlərə rəhmət, yaralılara
isə şəfa diləyirik”, – deyə Z.Mücahid bildirib.