Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində məscidin
yaxınlığında partlayış törədilib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 20
nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, partlayış sakinlər məsciddən çıxan zaman baş
verib.


Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qrup olmayıb.

Ölən və yaralı sayının artacağı istisna olunmur.