Əfqanıstanda məscid partladılıb – 100 ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 100 nəfər həlak olub.

Partlayış məscidin içərisində intiharçı terrorçu tərəfindən törədilib.

Hadisəni İŞİD terror qruplaşmasının qollarından birinin həyata keçirdiyi ehtimal edilir.