Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Qeyd olunur ki, həmin avtomobil səfirliyin əməkdaşlarını daşımaq üçün istifadə olunur.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.