Əfqanıstanda döyüşmüş 100 hərbçi Ukraynaya gedir

Əfqanıstanda döyüşmüş 100 hərbçi Ukraynaya gedir

Belçika Ukrayna ordusuna təlim keçmək üçün bu ölkəyə 100 hərbi təlimatçı göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder bildirib.

O qeyd edib ki, NATO-nun Əfqanıstandakı döyüşlərində iştirak edən belçika təlimatçıları tərəfindən snayper, kəşfiyyat, minalardan təmizləmə və digər bacarıqlar üzrə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün 18 kurs təşkil olunacaq.

Ümumilikdə Avropa Birliyi 15 minə yaxın ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır. Kursların dekabr ayında başlaması planlaşdırılır.

Teqlər: