Əfqanıstanda dəhşətli qəza: 21 ölü, 38 yaralı…

Əfqanıstanda dəhşətli qəza: 21 ölü, 38 yaralı…

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində avtobus, yanacaqdaşıyan maşın və motosiklin iştirakı ilə ağır yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, Qəndəharla Herat əyaləti arasındakı əsas magistral yolda motosiklet avtobusa, daha sonra isə yolun qarşı tərəfindəki yanacaqdaşıyan maşına çırpılıb.

Qəza nəticəsində 21 nəfər ölüb, 38 nəfər yaralanıb.

Teqlər: