Əfqanıstanda daşqınlar zamanı 30-dan çox şəxs həlak olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanda baş vermiş daşqınlar nəticəsində 34 nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, 14 nəfər itkin düşmüş hesab olunur.

Daşqınlar Əfqanıstanın Herat, Bədəxşan, Baqlan və digər əyalətlərində qeydə alınıb.


Fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.