Əfqanıstanda daşqın: 18 nəfər öldü

Əfqanıstanda daşqın: 18 nəfər öldü

Əfqanıstanın Zabul və Qəndəhar əyalətlərində son 3 gündə baş verən daşqınlar nəticəsində 18 nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Talibanın müvəqqəti hökumətinin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Məhəmməd Nəsim Hakkani məlumat yayıb.

O bildirib ki, Zabul və Qəndəhar əyalətlərində son 3 gündə 10-u Taliban üzvü olmaqla, ümumilikdə 18 nəfər sel fəlakətində həyatını itirib:

“Bundan başqa, 20-dən çox insan yaralandıb, yüzlərlə ev dağılıb”.

Teqlər: