Əfqanıstanda aeroporta mərmi atılıb, uçuşlar dayandırılıb

Əfqanıstanda Qəndahar hava limanına 3 mərmi atılıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının rəhbərliyi məlumat yayıb.

“İki mərmi uçuş zolağına ziyan vurub, buna görə hava limanından bütün uçuşlar dayandırılıb”, – məlumatda deyilir.

Digər təfərrüatlar verilməyib.