Əfqanıstanda 25 talib öldürüldü

Əfqanıstanda 25 talib öldürüldü

Əfqanıstan Milli Müqavimət Cəbhəsi bütün Pəncşir boyu Taliban mövqelərinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin məlumatında deyilir.

Bildirilib ki, nəticədə Talibanın 25 döyüşçüsü öldürülüb, 18-i yaralanıb, biri isə əsir götürülüb.

Talibanın Kabildə hakimiyyəti ələ keçirməsinin ildönümü günü qarşı tərəfin genişmiqyaslı hücuma keçməsi diqqət çəkib.

Teqlər: