Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub – Ölən və yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstan-Pakistan sərhədində silahlı şəxslər pakistanlı sərhədçilərə hücum edib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 4 sərhədçi həlak olub, daha 6 nəfər yaralanıb.

Qeyd olunur ki, sərhədçilər Bəlucistan əyalətində patrul zamanı pusquya düşüb.

Hücumdan sonra silahlıların tapılması üçün əməliyyat başlayıb.