Əfqanıstan ordusu bir sutka ərzində 175 “Taliban” üzvünü zərərsizləşdirilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri və ordusu ötən sutka ərzində “Taliban” radikal hərəkatına qarşı xüsusi əməliyyatlar keçiriblər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, xüsusi əməliyyatlar ölkənin Nəngərhar, Pəktika, Lövgər, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cövzcan, Səməngan, Səri-Pul, Hilmənd, Bədəxşan, Kündüz və Bəğlan əyalətlərində keçirilib.

Bildirilir ki, xüsusi əməliyyatlar zamanı 175 “Taliban” üzvü məhv edilib, 84 silahlı isə yaralanıb.