Efiopiyada qayığın aşması nəticəsində 13 nəfər itkin düşüb

Efiopiyanın Amhara ştatında Tana gölündə qayığın aşması nəticəsində ən azı 13 nəfərin itkin düşüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Məlumata əsasən, qayığın göyərtəsində 13 sərnişin olub.

Xilasedicilər hazırda itkin düşmüş sərnişinləri axtarırlar. Polis hadisənin səbəblərini araşdırır.

Teqlər: