Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Birləşmiş Millətlər Təşkilatının (BMT)16 əməkdaşını saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Associated Press agentliyi BMT baş katibinin nümayəndəsi Stefan Düjarrikin açıqlamasına istinadən bildirib.
S.Düjarrik qeyd edib: “Onların dərhal azad edilməsini təmin etmək üçün Efiopiya hakimiyyəti ilə işləyirik”.
O, əlavə edib ki, BMT əməkdaşlarının saxlanmasının səbəbləri ilə bağlı heç bir açıqlama almayıb.
Məlumata əsasən, əvvəlcə daha çox saxlanılan var idi, lakin sonradan 6 nəfər sərbəst buraxılıb, hazırda isə 16 nəfər həbsdədir.