ƏƏSMN və qurumlarında 441 minədək vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları
tərəfindən bu ilin birinci rübündə 440,6 min vətəndaşın qəbulu
həyata keçirilib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, onlardan 13,8 mini Nazirliyin
Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri
tərəfindən, digərləri Nazirliyin Aparatının və qurumlarının, yerli
bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul
edilib.

Eyni zamanda, yanvar-mart aylarında 581 min (o cümlədən, yazılı
və e-qaydada, habelə sosial şəbəkələr üzərindən edilmiş 155 min,
Çağrı Mərkəzi vasitəsilə 426 min) vətəndaş müraciəti
cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə
araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan
məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin
olunub.

Teqlər: