Edama məhkum edilən güneyliyə görə aksiya keçirildi

Edama məhkum edilən güneyliyə görə aksiya keçirildi

Tehranda İran məhkəməsi tərəfindən edama məhkum edilən azərbaycanlı həkim Həmid Qarahəsənliyə dəstək aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, dekabrın 9-da bir qrup həkim Tehranın Evin həbsxanasının qarşısına toplaşaraq azərbaycanlı həkimin edam hökmünün ləğv edilməsini tələb edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan doktor Həmid Qarahəsənli başqa 4 etirazçı ilə birlikdə yarımhərbi və radikal “Bəsic” üzvünün öldürülməsində ittiham edilərək edam cəzasına məhkum edilib.

Teqlər: