DYP-dən sürücülərə xəbərdarlıq…

DYP-dən sürücülərə xəbərdarlıq…

Sərnişin daşınması ilə məşğul olan avtobus və mikroavtobusların sürücüləri Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumat verilib, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilib, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AzerTimes-a bildirilib ki, eyni zamanda, dumanla hava şəraiti müşahidə edilən, görünmə zonası məhdud olan yollarda duman olan hissə qurtaranadək nəqliyyat vasitələri patrul avtomobillərinin müşayiəti ilə aparılıb.

Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Teqlər: