Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI

Ağdam. Aslan Məmmədli -Trend:

Düşmən minaları o qədər hiyləgərliklə basdırb ki, bəzən minatəmizləmə işi ilə məşğul olan mütəxəssislər də minaya düşür, ağır xəsarətlər alırlar.

ANAMA əməkdaşı Rauf Mirzəyev AzerTimes-ın Qarabağ bürosuna açıqlamasında bildirib.

ANAMA əməkdaşı qeyd edib ki, ermənilər sanki minaları ərazilərə səpələyiblər. Əksər yerlərdə düşmən minaları üst-üstə basdırıb:


“Bu səbəbdən də minalanmış ərazilər son dərəcə təhlükəlidir və mütəxəssislər çətinliklərlə üzləşir. Bir neçə ay əvvəl Bərdə-Ağdam dəmiryolu xəttinin minalardan təmizlənməsi prosesində iştirak edən 38 yaşlı ANAMA əməkdaşının minaya düşməsi və bir ayağını, iki gözünü itirməsi buna bariz nümunədir”.

Teqlər: