Duqinin qızının ölümü planlaşdırılıb… – İstintaq

Duqinin qızının ölümü planlaşdırılıb… – İstintaq

İstintaq əldə edilən məlumatları nəzərə alaraq hesab edir ki, Duqinanın öldüyü cinayət əvvəlcədən planlaşdırılıb və sifarişlə hazırlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı bəyanatda bildirilib.

“Müəyyən edilib ki, Darya Duqinanın avtomobilindəki partlayıcı qurğu sürücü tərəfə qoyulub. Duqinanın qətli ilə bağlı cinayət işi çərçivəsində registratorun videoyazısı götürülüb, hadisədə iştirak edənlərin və şahidlərin müəyyən edilməsi üçün təhlükəsizlik xidmətlərinə göstəriş verilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Duqinin qızı Daria Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.

Teqlər: