Dünyaya uşaq gətirən 13 yaşlı qızdan anası imtina edir

Dünyaya uşaq gətirən 13 yaşlı qızdan anası imtina edir

O ailə həssas ailə kimi qiymətləndirilir. Çünki ata yoxdur. Məktəbdə təlim-tərbiyə prosesi isə bərbaddır.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə 13 yaşlı uşağın təcavüz nəticəsində ana olması haqda danışarkən deyib.

“Təcavüzə məruz qalan qızın 14 yaşı hələ fevral ayında tamam olacaq. Atası rəhmətə gedib, anası ilə yaşayır. Ana işləyir, uşaqlarına baxır. Uşaq bu il hələ səkkizinci sinifə gedəcək. Artıq ilk belə hadisə deyil ki, baş verir. Qız özü mənə müraciət etdi ki, onu sığınacağa yerləşdirim. Ana isə qızından imtina etdiyini deyir. Qızın sığınacağa yerləşdirilməsin qərarını aidiyyəti qurumlar verməlidir”.

Qeyd edək ki, bəzi etik normalara əsaslanaraq, hadisənin təfərrüatını hələlik açıqlamırıq. K.Ağazadənin məlumatına görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Teqlər: