Dünyanın ən zəngin ailələrinin siyahısı açıqlandı

Dünyanın ən zəngin ailələrinin siyahısı açıqlandı

Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Valmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Ailənin sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilib.

“Mars” qənnadı məmulatlarının sahibləri olan Mars ailəsi 160 milyard dollarla ikinci yerdə qərarlaşıb.

“Kox İndustrues” neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi 124,4 milyard dollarlıq sərvətlə ilk üçlüyü tamamlayıb.

Səudiyyə kral ailəsi 105, “Hermes” moda evinin sahibləri olan Erme ailəsi 94,6, “Reliance İndustries” neft hasilatı və emalı holdinqinin sahibi Ambani ailəsi 84,6, Fransız moda evi “Şanel”in sahibi Verzeymer ailəsi 79, “Cargill” kənd təsərrüfatı şirkətinin sahibi Kargil ailəsi 65,2, “Röyters” xəbər agentliyinin nəzarət paketinin sahibləri Tomson ailəsi 61,2, İsveçrənin “Roche Holdinq” əczaçılıq şirkətinin sahibi Hofmann ailəsi 45,1 milyard dollar sərvətə sahibdirlər.

Ümumilikdə reytinqə 25 ailə daxil edilib. Ən zəngin 25 ailənin ümumi sərvəti isə 1,5 trilyon dollardır.

Teqlər: