Dünyanın ən yüksək reytinqli universitetləri dövlət proqramına daxil ediləcək – Nazir

Xəbər - Humay Ağacanova – Trend:

Bu il dünyanın ən yüksək reytinqə sahib universitetləri xaricdə
təhsillə bağlı dövlət proqramına daxil ediləcək.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə
bağlı keçirdiyi brifinq zamanı deyib.

O qeyd edib ki, bu il mərhələli seçim ediləcək.

“İlkin mərhələdə universitetlərin geniş siyahısı olacaq. Daha
sonra mayın sonu – iyunda isə kənarda qalan və meyarlara uyğun
gələn tələbələrin də dövlət proqram üzrə təhsil alması işinə
baxılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı
təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı
çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.

Teqlər: