Filippində dünyanın ən yaşlı qadını Fransiska Susano 125 yaşında vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə F.Susanonun yaşadığı Kabankalan şəhərinin rəsmi “Facebook” səhifəsində deyilir.
Məlumata əsasən, F.Susano noyabrın 22-si axşam saatlarında vəfat edib: “Ürəyimizdə kədərlə bizim sevimli Fransiska Susanonun vəfatı barədə xəbər aldıq. O, həmişə bizim ilhamımız və qürurumuz olaraq qalacaq”.
Şəhər hakimiyyətinin sözlərinə görə, Fransiska Susanonun dünyanın ən yaşlı insanı statusu Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib.