Dünyanın ən uzun asma körpüsü tikiləcək

Dünyanın ən uzun asma körpüsü tikiləcək

İtaliya hakimiyyəti dünyanın ən uzun asma körpüsünün tikintisi üçün minillik planı həyata keçirməyə hazırlaşır. Körpü ölkənin materik hissəsini Siciliya adası ilə birləşdirən Messina boğazından keçəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Naked Science” məlumat yayıb.

“Körpünün uzunluğu təqribən 3300 metr olacaq ki, bu da onu dünyanın ən uzun asma körpüsünə çevirəcək. Yeni körpünün uzunluğu 2023 metrə çatan Türkiyədə Çanaqqala avtomobil asma körpüsünü keçəcək. Layihənin həyata keçməsi 15 il çəkəcək və ən azı 12 milyard avroya başa gələcək”, – məlumatda deyilir.

Teqlər: