Dünyanın ən sağlam ölkələri – Siyahı

Dünyanın ən sağlam ölkələri – Siyahı

Britaniya analitikləri dünya sakinləri arasında ən sağlam həyat tərzi keçirən ölkələrin adlarını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Money.co.uk” platforması məlumat yayıb.

Məlumata əsasən, ekspertlər ölkələrin reytinqini havanın keyfiyyəti, təhlükəsizlik vəziyyəti və il ərzində günəşli günlərin sayı kimi göstəriciləri nəzərə alaraq tərtib edib. Ölkələrdə orta ömür müddəti, yerli sakinlər arasında piylənmə səviyyəsi və səhiyyə sisteminin mövcudluğu da təhlil edilib.

Siyahıda birinci yeri əhalisinin cəmi 3.6 faizində piylənmə olan Yaponiya tutub.

Bundan başqa, siyahıda İsveçrə, Kuba, Sloveniya, Ermənistan kimi ölkələr yer alıb.

Teqlər: