2023-cü ilin birinci rübü üçün ən populyar smartfon markalarının adları açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Canalys”in rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, bu ilin ən populyar smartfon markası “Samsunq” şirkəti olub – onun payı 22% təşkil edib. “Əpl” şirkəti 21% ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yer isə 11% ilə “Xiaomi” şirkətinə aiddir.