Dünyanın ən çirkli havası olan şəhəri açıqlandı

Dünyanın ən çirkli havası olan şəhəri açıqlandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.

AzerTimes xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo fevralın 12-də dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhər olub.

Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 190 olaraq qeydə alınıb.

Sarayevo havanın keyfiyyət indeksinə görə qeyri-sağlam olaraq təsnif edilib.

Teqlər: