Dünyanın ən böyük brilyantlarından biri satılır

Dünyanın ən böyük brilyantlarından biri satılır

Dünyanın ən böyük “Fortune” çəhrayı brilyantlarından biri “Christie’s” tərəfindən Cenevrədə 35 milyon dollara hərraca çıxarılıb.

AzerTimes xəbər verir ki, hərrac noyabrın 8-də baş tutacaq.

Almazın çəkisi 18,18 karatdır. Çəhrayı almaz 25-35 milyon dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, “Christie’s”də ən böyük brilyant 2018-ci ildə 50,4 milyon dollara satılaraq dünya rekordu vuran 18,96 karatlıq “Uinston Pink Legacy” olub.

Teqlər: