Dünyanın ən bahalı heyətləri olan klubların reytinqi təqdim edilib

İngiltərənin “Mançester Siti” klubu dünyada ən bahalı heyətli klublar reytinqində birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesabatında deyilir.

Məlumata əsasən, siyahıya İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və Fransanın Liqa 1 klubları daxil edilib.

Reytinq:

1. “Mançester Siti” (İngiltərə) – 1,280 milyard avro
2. “Mançester Yunayted” (İngiltərə) – 1,214 milyard avro
3. “Çelsi” (İngiltərə) – 946 milyon avro
4. “Barselona” (İspaniya) – 896 milyon avro
5. “Bavariya” (Almaniya) – 890 milyon avro
6. “Liverpul” (İngiltərə) – 868 milyon avro
7. “Real” (İspaniya) – 846 milyon avro
8. “Pari Sen-Jermen” (Fransa) – 808 milyon avro
9.”Borussiya” Dortmund (Almaniya) – 687 milyon avro
10. “Atletiko” (İspaniya) – 662 milyon avro

Teqlər: