Dünyanın ən bahalı avtomobili təqdim olundu

Dünyanın ən bahalı avtomobili təqdim olundu

“Roll-Roys” şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, söhbət şəxsi sifarişlə yaradılan “Arkadia Droptail” adlı avtomobildən gedir.

Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun hazırlanmasına “Roll-Roys” əməkdaşları səkkiz min saatdan çox zaman zərf ediblər.

Avtomobilin dəyəri 30 milyon dollar təşkil edir.

Teqlər: