Dünyada uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar qəydə alınmaqda davam edir

Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə
yoluxmalar aşkar edilir.

Trend xarici
KİV-lərə istinadla xəbər verir ki, artıq Böyük Britaniya,
Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən
xəstəliyə yoluxma halları qeydə alınıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə
gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına
ehtiyac duyulduğunu bildirib.

Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün
xarakterikdir. Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç
biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı
müvafiq araşdırmalara başlayıb.