Silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində
evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı dünyada ilk
dəfə olaraq 100 milyonu ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər
Təşkilatının Qaçqınlar üzrə Ali Komissarın İdarəsi bildirib.
Qeyd olunub ki, 2021-ci ilin sonunda Əfqanıstan, Burkina Faso,
Konqo Demokratik Respublikası, Myanma, Nigeriya və Efiopiya kimi
ölkələrdə yeni zorakılıq dalğaları və ya uzanan münaqişələr
səbəbindən dünyada məcburi köçkünlərin sayı 90 milyona çatıb.
Bundan əlavə, Ukraynada baş verən hadisələr 2022-ci ildə “8 milyon
insanın bu ölkə daxilində köçməsinə səbəb oldu və 6 milyondan çox
qaçqın da qeydə alınıb”.