Dünyada ötən sutka koronavirusa 539 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 539 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 539 384 nəfər yeni koronavirusa yoluxub, 11 693 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 168 040 871, ölənlərin isə 3 494 758 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.