Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 406 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 406 980 nəfər yeni koronavirusa yoluxub, 7 492 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 120 383 919, ölənlərin isə 2 664 386 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 29 205 543 nəfər. Siyahıda daha sonra Braziliya (11 519 609), Hindistan (11 438 734), Rusiya (4 418 436), Böyük Britaniya (4 268 825), Fransa (4 037 745), İtaliya (3 258 770), İspaniya (3 195 062), Türkiyə (2 911 642), Almaniya (2 594 764), Kolumbiya (2 305 884) və Argentina (2 201 886) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.