Dünyada “omikron” ştammı ilə bağlı vəziyyət gərginləşməkdədir – Şahmar Mövsümov

Xəbər - Elçin Mehdiyev – Trend:

Dünyada “omikron” ştammı ilə bağlı vəziyyət gərginləşməkdədir, bir sıra ölkələr artıq məhdudiyyətlər tətbiq edir.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, digər ölkələrdə baş verən problemlərin Azərbaycanda da baş verməsi ehtimalı böyükdür: “Qorunmağın yeganə yolu vaksinasiyadır. Tədqiqatlar göstərir ki, vaksinasiyanın 3-cü dozasının vurulması immuniteti xeyli gücləndirir”.

Teqlər: