Azərbaycanda “TURKOVAC”ın üçüncü faza sınaqlarının aparılmasına icazə verilib

Xəbər - Çingiz Səfərli – Trend:

“TURKOVAC”ın üçüncü faza sınaqlarının Azərbaycanda aparılmasına müsbət cavab verilib.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə sənədləşmə bitib və Azərbaycan tərəfə təqdim olunub: “Sənədlər baxışdan keçirilib. Üçüncü klinik sınaqların Azərbaycanda keçirilməsinə icazə verilib. Hazırda Türkiyədən işçi qrupun gəlməsi gözlənilir. Bunadan sonra sınaqlara başlanılacaq”.

Teqlər: