Dünyada ölümlərin 71 faizi qeyri-infeksion xəstəliklərindən baş verir

Xəbər - Trend

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin
vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan
məhz qeyri infeksion xəstəliklardan vəfat edib. Bu, qeyda alınan
bütün ölüm hallarının 71 faizi deməkdir. Bu xəstəlikləri yaradan
asas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli
içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki
passivlikdir.

Trend xəbər verir ki, bu barədə bu gün Səhiyyə Nazirliyi İctimai
Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirilən mətbuat
konfransında bildirilib.

17 may- Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və
qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda
keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransını
giriş sözü ilə İSİM-in direktor müavini Rahib Məmmədov açıb.

O vurğulayıb ki, müasir dövrdə həm dünya miqyasında, həm də
ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə
mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə
çevrilib:

“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 fevral
2021-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”in əsas məqsədi ölkəmizdə həyata
keçirilan birga və inteqrasiya olunmuş tədbirlər vasitəsilə
əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür
müddətinin artımına, vətəndaşların uzun ömürlü olmasına və sağlam
həyat tərzinin təmin edilməsinə nail olmaqdır”.

R.Məmmədov səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri
tərəfindən əhali arasında daim təşviqat aparıldığını, insanlara öz
sağlamlıqlarına məsuliyyətlə yanaşmağın təbliğ olunduğunu
bildirib.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil
Seyidov qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin
problemi olduğunu nəzərə çatdırdı:

“Müasir insanlar, xüsusən inkişaf etmiş ölkələrin sakinləri bu
gün zərərli vərdişlərə meyl göstərir, doğru qidalanmır və ən
başlıcası isə, az hərəkət edirlər. Ona görə də bununla bağlı tək
səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi
deyil, eyni zamanda əhalinin maarifləndirilməsi həyata
keçirilməlidir. Bu kampaniyanın da əsas məqsədi insanlara tövsiyə
etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda
şəkərin səviyyəsinə nəzarət etsinlər”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov
təəssüflə bildirdi ki, qeyri-infeksion xəstəliklər son illərdə
bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm
və əlilliklə nəticələnən xəstəlikdir:

“Amma bu xəstəliklərin qarşısı almaq mümkündür. Qeyri infeksion
xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan
qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü
azaltmaq olar”.

Servye Azərbaycan şirkətinin direktoru Rişad Təhməzov vurğuladı
ki, arterial hiprertenziya bütün dünyada olduğu kimi, Azərbaycanda
da geniş yayılıb: “Baxmayaraq ki, yüksək qan təzyiqi №el ölüm
riskidir, bu problema hələ də əhali tərəfindən lazımi diqqət
yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti
tərəfindən təşəbbüs irəli sürüldü və əsas məqsəd əhalini arterial
xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında
maarifləndirmək və qan təzyiqinin ölçülməsinin əhəmiyyətini
vurğulamaqdır”.

Teqlər: