Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlandı

Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlandı

Dünyada meymunçiçəyinə 780 yoluxma qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

“2022-ci il mayın 13-dən iyunun 2-dək 780 meymunçiçəyi ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb. Bu məlumat meymunçiçəyi virusu üçün endemik olmayan 27 ölkədən daxil olub”, – məlumatda qeyd olunub.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Böyük Britaniyadan başqa, son yoluxma halları Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə də qeydə alınıb.

Teqlər: