Dünyada koronavirusa yoluxmaların sayı 10 %-dən çox azalıb

Son bir həftə ərzində dünyada koronavirusa 3,5 milyondan çox
insan yoluxub, 12 mindən çox insan dünyasını dəyişib.

Trend xəbər
verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı
həftəlik məlumatda deyilir. Qeyd olunur ki, əvvəlki həftə ilə
müqayisədə yoluxanların sayı 12%, ölənlərin sayı isə 25%
azalıb.

Belə ki, təşkilata 3 546 069 yoluxma və 12 025 ölüm halı barədə
məlumat daxil olub.

Həftə ərzində yoluxnaların sayında ən böyük artım ABŞ-da qeydə
alınıb – 451 414 nəfər.

ÜST-ün məlumatına görə, hazırda koronavirusun “omikron” ştammı
dominant variant olaraq qalır.

Teqlər: