Son bir həftə ərzində dünyada 4,5 milyondan çox insan
koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə
koronavirusdan ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma
hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz
azalıb.
“Aprelin 18-dən 24-dək koronavirusa 4 548 226 nəfər yoluxub, 15
134 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə
yoluxma hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz
azalıb”, – deyə bülletendə bildirilir.
Qeyd edək ki, son sutka dünyada koronavirusa 681 966 yoluxma, 2
206 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa
yoluxanların sayı 508 827 830 nəfərə, ölənlərin sayı isə 6 227 291
nəfərə çatıb.