Dünyada koronavirusa yoluxanların sayı 520 milyonu keçib – ÜST

Dünyada koronavirusa yoluxanların sayı 520 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 520 372 492 nəfər
yoluxub. Onlardan 6 270 232 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız
rəsmi göstəricilər əsasında hazırlanır.