Dünyada koronavirusa yoluxanların sayı 305 milyonu ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 305 milyonu, ölənlərin sayı isə 5,48 milyonu ötüb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bazar ertəsi verdiyi məlumata deyilir.

Son sutka ərzində koronavirusa 1 736 233 nəfər yoluxub, 4 029 xəstə isə dünyasını dəyişib.


Bütün pandemiya ərzində antirekord yanvarın 6-da qeydə alınıb, 24 saat ərzində 2 741 367 yoluxma halı aşkar edilib.

Yoluxanların və ölənlərin sayına görə birinci yerdə ABŞ qərarlaşıb.

Teqlər: