Dünyada koronavirusa yoluxanların sayı 296 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 296 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 618 130 yoluxma halı və 8 168 ölüm halı qeydə alınıb.


Hazırkı dövrədək koronavirusa 296 496 809 nəfər yoluxub. Onlardan 5 462 631 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.