Dünyada koronavirusa yoluxanların sayı 190 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 190 milyon nəfərə çatır.

AzerTimes-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 189 998 957 nəfərə çatıb, koronavirusa yoluxanlardan 4 082 349 nəfəri ölüb.


Məlumata əsasən, 15 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

ABŞ-da koronavirusa 34 069 064 nəfər yoluxub, 608 898 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 31 106 065 və 413 609 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 19 342 448 yoluxma və 541 266 ölüm halı qeydə alınıb.