Dünyada koronavirusa yoluxanların sayı 11%-dən çox azalıb

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan
koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə
müqayisədə yoluxma hallarının sayı 11 faiz azalıb.

Trend xəbər
verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat
yayıb.

Qeyd olunur ki, koronavirusdan ölənlərin sayı son həftə ərzində
üç faizədək azalıb.

Ümumilikdə, son həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 3
383 774 yoluxma və 9 647 ölüm faktı haqqında məlumat daxil olduğu
bildirilir.