“Ocaq Sport” klubunun bədii gimnastika üzrə I Açıq Çempionatının qalibləri müəyyənləşib

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə I açıq çempionatının
birinci yarış gününün ikinci yarısının yekunlarına əsasən fərdi
çıxışlarda 2012, 2011, 2010, 2007-2009-cu il təvəllüdlü idmançılar,
eləcə də qrup hərəkətlərində komandaların tərkibində çıxış edən
2012-2014-cü il təvəllüdlü gimnastlar arasında qalib və
mükafatçılar müəyyənləşib.

Trend xəbər
verir ki, Bakı klublarını təmsil edən və C qrupunda çıxış edən
2012-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Fərəh
Əhmədzadə (“Ocaq Sport” klubu) birinci, Nuray Muradlı (“Zirə”
mərkəzi) ikinci, Mehin Hüseynova (“Ocaq Sport” klubu) və Ayla
Nicati (Bakı Gimnastika Məktəbi) üçüncü yeri tutublar.

Region klublarını təmsil edən və C qrupunda çıxış edən 2012-ci
il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Sevgi
Musayeva (Zaqatala) qızıl, Həbibə Səmədova (Zaqatala) gümüş, Selena
Abdurrəhmanova bürünc medala (Talaçay kompleksi(Zaqatala)) layiq
görülüblər. B qrupunda ən yaxşı nəticəni Firuzə Məmmədova
(Zaqatala) göstərmiş, İnci Xəliyli (Kürdəmir) ikinci, Ülkər
Quliyeva (Masallı) isə üçüncü yeri tutmuşlar.

Bakı klublarını təmsil edən və A qrupunda çıxış edən 2011-ci il
təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Yelizaveta
Efremova (Bakı Gimnastika Məktəbi) birinci, Azadə Atakişiyeva
(“Ocaq Sport” klubu) ikinci, Xədicə Mukimova (“Ocaq Sport” klubu)
isə üçüncü olub.

Region klublarını təmsil edən və A qrupunda çıxış edən 2011-ci
il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Myalək
Mahmudlu (Zaqatala) qızıl, İlknur Hacıyeva (Zaqatala) gümüş, Nazlı
Baxışova (Mingəçevir) bürünc medala sahib olublar.

Bakı klublarını təmsil edən və A qrupunda çıxış edən 2010-cu il
təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Şəms
Ağahüseynova (“Ocaq Sport” klubu) birinci, Nəzrin Salmanlı (“Ocaq
Sport” klubu) ikinci, Şəms Müvyafyaqi (Respublika kompleks idman
məktəbi) üçüncü yeri tutub.

Region klublarını təmsil edən və A qrupunda çıxış edən 2010-cu
il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə Zəhra Əlizadə
(Şirvan) qızıl, Nuray İbişova (Masallı) gümüş, Riana Səfərzadə
(Lənkəran) bürünc medala sahib olublar.

Bakı klublarını təmsil edən və C qrupunda çıxış edən
2007-2009-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə
Sara Babayeva (“Ocaq Sport” klubu) birinci, Leyla Maqomedova (Bakı
Gimnastika Məktəbi) ikinci, Səbinə Rəcəbli (“Ocaq Sport” klubu)
üçüncü yeri tutublar. B qrupunda ən yaxşı nəticəni Nərmin Bayramova
(“Ocaq Sport” klubu) göstərib, Dəniz Əsgərova (“Ocaq Sport” klubu)
ikinci, Mədinə Aslanova (“Respublika Kompleks İdman Məktəbi”)
üçüncü yeri tutub.

Region klublarını təmsil edən və C qrupunda çıxış edən
2007-2009-cu il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə
Selcan Kərimova birinci, Leyla Məmmədəliyeva ikinci, Aliyə Əzizova
isə üçüncü olub.B qrupunda Yasəmyan Nəsirova (Mingəçevir) qızıl,
Ləman Katibova (Mingəçevir) gümüş, Nazlı Kərimova (Masallı) bürünc
medala sahib olublar.

Bakı klublarını təmsil edən və komandaların tərkibində qrup
hərəkətləri (alətsiz proqram) üzrə çıxış edən 2012-2014-cü il
təvəllüdlü gimnastlar arasında B qrupunda birinci yeri “Ocaq 3”
komandası, ikinci yeri Bakı Gimnastika Məktəbinin komandası, üçüncü
yeri isə “Zirə” mərkəzinin komandası tutub. A qrupunda “qızıl”ı
Bakı Gimnastika Məktəbinin komandası, “gümüş”ü “Ocaq 1” komandası,
“Ocaq 2” komandası isə bürünc medala sahib olub.

A qrupunda “qızıl”ı Bakı Gimnastika Məktəbinin komandası,
“gümüş”ü “Ocaq 1” komandası, “Ocaq 2” komandası isə bürünc medala
sahib olub.

B qrupunda qrup hərəkətləri (alətsiz proqram) üzrə rayon
klublarını təmsil edən və komandaların tərkibində çıxış edən
2012-2014-cü il təvəllüdlü gimnastlar arasında Zaqatala komandası
birinci, Mingəçevir şəhərini təmsil edən komanda ikinci, Şirvan
komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində
bədii gimnastika üzrə “Ocaq Sport” klubunun 1-ci açıq birinciliyi
keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i
paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi
proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.

Teqlər: